Məzmuna keç

Çində torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 25-ə çatıb

Çinin cənub-qərbində baş verən torpaq sürüşmə nəticəsində ölənlərin sayının 25-ə çatıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, təbii fəlakət Çinin Yunnan əyalətinin Zaotonq şəhərinin Zhenxiong rayonunda baş verib.

Axtarış-xilasetmə işlərinə mindən çox personal qatılıb.

Mütəxəssislər bölgədə sürüşmə təhlükəsinə görə böyük tikinti texnikasından istifadə etməyin mümkünsüz olduğunu bildirib. Bu isə genişmiqyaslı axtarış əməliyyatlarının aparılmasına mane olur.

Qeyd edək ki, dünən yerli vaxtla saat 05.51 radələrində Zhenxiongda baş verən sürüşmə nəticəsində 18 evin və 40-dan çox insanın torpaq altında qaldığı açıqlanıb. Ərazidən 200 nəfər təxliyə edilib, 3 nəfər xilas edilib.

Şəbnəm Mehdizadə