Məzmuna keç

Braziliyada qayığının batması nəticəsində 8 nəfər ölüb

Braziliyanın şimal-şərqindəki Bahia əyalətində sərnişin qayığının batması nəticəsində 8 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Dövlət Yanğından Mühafizə İdarəsi məlumat yayıb.

Məlumata görə, Todos os Santos körfəzində hərəkət edən sərnişin qayığı həddindən artıq sıxlıq səbəbindən aşıb.

Hazırda bölgədə axtarış-xilasetmə işləri davam edir.

Ölənlərin sayının artacağı istisna edilmir.

Prokurorluq hadisə ilə bağlı araşdırmalara başlanıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə