Məzmuna keç

Monqolustanda tanker partlayıb, ölən və yaralılar var

Monqolustanda 60 ton maye qazla yüklənmiş tanker partlayıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə paytaxt Ulan-Batorda yerləşən ticarət mərkəzinin yaxınlığında baş verib. Partlayış nəticəsində yanğın baş verib.

Monqolustan Fövqəladə Hallar Nazirliyi hadisə nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb.

Nazirliyin əməkdaşları və təhlükəsizlik qüvvələri bölgədədir.

Arşadırma aparılır.

Şəbnəm Mehdizadə