İraqın şimalında “Pəncə-Kilid” əməliyyatı bölgəsində 3 PKK terrorçusu zərərsizləşdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"PKK-ya qarşı mübarizəmiz, harada olursa olsun, son terrorçu zərərsizləşdirilənə qədər davam edəcək", – nazirliyin məlumatında deyilir.
Şəbnəm Mehdizadə
