Çinin Yunnan əyalətində baş verən torpaq sürüşməsi nəticəsində ölənlərin sayı 34-ə çatıb.
E-huquq.az ölkə mətbuatına istinadən xəbər verir ki, Kaotonq şəhərinin Cinxiong rayonunun Liangshui kəndində baş verən sürüşmədən sonra aparılan axtarışlar zamanı daha 3 nəfərin cəsədi tapılıb.
Təbii fəlakət nəticəsində 10 nəfərin hələ də itkin düşdüyü bildirilib.
Qarlı hava şəraitinə baxmayaraq itkin düşənlərin axtarışları davam etdirilir.
Şəbnəm Mehdizadə
