Somalinin paytaxtı Moqadişoda törədilən terror aktı nəticəsində 2 nəfər həyatını itirib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, terror aktı şəhərin ən sıx nöqtələrindən birində həyata keçirilib.
İlkin məlumata görə, hücum nəticəsində 2 nəfər ölüb, 2 mülki şəxs yaralanıb.
Hücuma görə məsuliyyəti “Əş-Şəbab” terror təşkilatı öz üzərinə götürüb. Dünən təşkilat ölkənin mərkəzi hissəsindəki Qalmuduq əyalətində hərbi bazaya hücum edib və şiddətli toqquşmalar baş verib.
Somali prezidenti Həsən Şeyx Mahmud terror təşkilatı “Əş-Şəbab” ilə hərtərəfli mübarizə aparılacağını açıqlayıb.
Şəbnəm Mehdizadə
