Məzmuna keç

Malidə qızıl mədəninin çökməsi nəticəsində 70 nəfər ölüb

Malidə qızıl mədəninin çökməsi nəticəsində 70 nəfər ölüb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Koulikoro bölgəsinin cənub-qərbindəki Kanqaba rayonunda qeyri-qanuni fəaliyyət göstərən qızıl mədəni çöküb.

Hadisə nəticəsində ən azı 70 nəfər həyatını itirib. Axtarış-xilasetmə işləri davam etdirilir.

Qeyd edək ki, Afrikanın üçüncü ən böyük qızıl istehsalçısı olan Malidə qeyri-qanuni mədən fəaliyyətlərində belə qəzalar tez-tez baş verir.

Şəbnəm Mehdizadə