Türkiyənin Ağrı şəhərində iranlı sərnişinləri daşıyan avtobusun aşması nəticəsində 10 nəfər xəsarət alıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, İrandan gələn sərnişin avtobusu Doğubəyazıt rayonu yaxınlığında arxa aşıb.
Bölgəyə təcili tibbi yardım, polis, jandarma və xilasetmə qrupları cəlb edilib.
Qəzada yaralanan 10 İran vətəndaşı təcili yardım maşınları ilə Doğubayazıt Dövlət Xəstəxanasına aparılıb.
Yaralıların vəziyyəti qənaətbəxşdir.
Şəbnəm Mehdizadə
