Türkiyənin Kastamonu şəhərində sərnişin avtobusunun aşması nəticəsində 6 nəfər həlak olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, qəza nəticəsində 33 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda jandarma, xilasetmə və təcili tibbi yardım qrupları cəlb edilib.
Sürücü də daxil olmaqla yaralılar avtomobildən çıxarılaraq ətrafdakı xəstəxanalara aparılıb. Onlardan 3 nəfərin vəziyyətinin ağır olduğu bildirilir.
Həyatını itirən şəxslərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.
İlkin ehtimala görə, qəzaya səbəb sürücünün yuxulu olması olub.
Şəbnəm Mehdizadə
