Türkiyənin İstanbul şəhərində 5 mərtəbəli binanın zirzəmisində yanğın baş verib.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir kiI, İstanbulun Zeytinburnu rayonunda baş verən yanğın nəticəsində fiziki məhdudiyyətli gənc yanıq xəsarətləri alıb, 5 nəfər isə tüstüdən təsirlənib.
Əraziyə xilasetmə, təcili tibbi yardım və polis əməkdaşları cəlb edilib. Yanğının qarşısı alınıb.
Yanıq xəsarəti alan şəxs və atası xəstəxanaya aparılıb. Tüstüdən zəhərlənən 5 nəfərə isə təcili tibbi yardım maşınında tibbi yardım göstərilib.
Hadisə nəticəsində binaya ziyan dəyib.
Şəbnəm Mehdizadə
