Ekvadorda 21,5 ton narkotik maddə məhv edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.
Məlumata görə, ötən həftə 21,5 ton narkotik maddə müsadirə edilib və ölkə tarixində ən böyük narkotik məhvi baş verib.
Narkotik vasitənin beynəlxalq bazar dəyərinin təxminən 1 milyard dollar olduğu vurğulanıb. Ələ keçirilən narkotik vasitələrin birdən çox cinayət təşkilatına aid ola biləcəyi və bu səbəbdən narkotacirlərə böyük zərbə vurulduğu bildirib.
Cinayətkar təşkilatlara qarşı keçirilən əməliyyatlarda həmçinin 17 silah və 5400 güllə ələ keçirilib.
Əməliyyatların qətiyyətlə davam etdiriləcəyi vurğulanıb.
Şəbnəm Mehdizadə
