Məzmuna keç

ABŞ-da adam öldürən şəxs edam edildi

ABŞ-ın Alabama ştatında adam öldürməkdə ittiham olunan məhkum edam edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Eugene Smit adlı məhkum azot qazı ilə zəhərlənərək həyatına son qoyulub.

O, ölkə tarixində bu formada edam edilən ilk məhkum kimi tarixə düşüb. "Azot hipoksiyası" kimi tanınan yeni edam təcrübəsi ABŞ-da olduğu kimi dünyada da bir ilk olaraq qeydə alınıb.

Qeyd edək ki, Eugene Smit 1989-cu ildə din xadiminin həyat yoldaşını öldürməkdə ittiham olunub. 58 yaşlı Smitə verilən ölüm cəzasını 2022-ci ildə zəhərli iynə vuraraq icra etməyə çalışıblar. Lakin iynə vurmaq üçün damarı tapılmadığından cəzanın icrası təxirə salınıb.

Şəbnəm Mehdizadə