Məzmuna keç

Türkiyədə ağır yol qəzasında 14 nəfər yaralanıb

Türkiyənin Sivas şəhərində yas mərasimindən qayıdan şəxslər ağır yol qəzasına düşüb

E-huquq.az “TRT Haber”ə istinadən istinadən xəbər verir ki, yas mərasimindən İstanbula qayıdan şəxsləri daşıyan avtobusun aşması nəticəsində 14 nəfər yaralanıb.

Hadisə yerinə təcili tibbi yardım, xilasetmə və polis qrupları göndərilib.

Qəzada yaralanan şəxslər şəhər xəstəxanalarına çatdırılıb. Onlardan ikisinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya səbəb avtobus sürücüsünün idarəni itirməsi səbəb olub.

Şəbnəm Mehdizadə