Məzmuna keç

Moxave səhrasında altı nəfərin meyiti tapılıb

ABŞ-ın Kaliforniya ştatının Moxave səhrasında altı nəfərin meyiti tapılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, cəsədlərdən 5-i çərşənbə axşamı San-Bernardino qraflığının əməkdaşları tərəfindən El Mirage icmasının kənarında tapılıb.

Şerifin sözçüsü Mara Rodriguezin sözlərinə görə, altıncı cəsəd çərşənbə günü səhər tapılıb.

Rodriges hadisə ilə bağlı araşdırmaların davam etdiyini və həmin şəxslərin hansı şəraitdə ölməsinin hələlik məlum olmadığını söyləyib.

Faktla bağlı cinayət işi başlanııb.

Şəbnəm Mehdizadə