Türkiyənin Ərzurum, Qars və İğdır vilayətlərində yağan güclü qara görə 18 yaşayış məntəqəsi ilə əlaqə kəsilib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, əlverişsiz hava şəraiti ilə əlaqədar Ərzurumda 2, İğdırda 15, Qarsda isə 1 kəndin yolu bağlanıb.
Bələdiyyə əməkdaşları qarın təmizlənməsi və yolların açılması istiqamətində müavfiq tədbirlər görür.
Şəbnəm Mehdizadə
