Türkiyənin İstanbul şəhərində “Santa Mariya” italyan kilsəsinə silahlı hücum olub.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Hadisə yerinə çoxlu sayda polis və təcili yardım əməkdaşları cəlb edilib.
İlkin məlumata görə, hücum zamanı 1 nəfər ölüb.
Türkiyənin daxili işlər naziri Əli Yerlikaya məlumatı təsdiqləyib. Nazir bildirib ki, hücum 2 maskalı şəxs tərəfindən həyata keçirilib. O, hadisə ilə bağlı araşdırmanın aparıldığını, cinayətkarların saxlanılması üçün tədbirlərin görüldüyünü qeyd edib. Nazir hücumu kəskin pisləyib.
