Məzmuna keç

Nigeriyada terror aktı nəticəsində 6 tələbə ölüb

Nigeriyada Borno əyalətində mina partlaması nəticəsində 6 tələbə həyatını itirib.

E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, Borno əyalətinin Qubio bölgəsində yerləşən mədrəsənin yaxınlığında toplanan metal əşyalar arasında mina partlayıb.

Partlayışda 6 mədrəsə tələbəsi həyatını itirib, çoxlu sayda insan yaralanıb.

Hücuma görə məsuliyyəti hələlik üzərinə götürən olmayıb.

Qeyd edək ki, "Boko Haram" terror təşkilatının ötən həftə Borno əyalətinin Maqumeri kəndindəki keçid məntəqəsində həyata keçirdiyi silahlı hücumda 5 əsgər həyatını itirib.

2000-ci illərin əvvəllərindən Nigeriyada mövcud olan terror təşkilatı 2009-cu ildən bəri təşkil etdiyi kütləvi hücumlarda 20 mindən çox insan həyatını itirib. Təşkilat 2015-ci ildən bəri ölkənin sərhəd qonşuları Kamerun, Çad və Nigerdə də hücumlar həyata keçirib. Təşkilatın Çad gölü hövzəsindəki hücumlarında ən az 2 min adam həyatını itirib.

Şəbnəm Mehdizadə