Britaniya hökuməti bütün növ elektron siqaretlərin satışına müəyyən məhdudiyyətlərin qoyulması barədə qərar verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə hökümət rəsmiləri birgə məlumat yayıb.
Məlumatda son üç ildə elektron siqaretdən istifadə edən uşaqların sayının üç dəfə artdığı, 11-15 yaş arası uşaqların 9 faizinin elektron siqaretdən istifadə etdiyi bildirilib. Son 2 ildə birdəfəlik elektron siqaretdən istifadə edən 11-17 yaş arası uşaqların sayının 9 dəfə artdığı vurğulanıb.
Açıqlamada, həmçinin uşaqlara tərkibində nikotin olan siqaret olmayan məhsulların satışının qadağan ediləcəyi də qeyd edilib.
Qərara əsasən bu məhsulları uşaqlara satanlara 2500 sterlinq cərimə tətbiq ediləcək.
Baş nazir Rişi Sunak elektron siqaretlərin uşaqlara satılmasının qəbuledilməz olduğunu deyib.
Şəbnəm Mehdizadə
