Türkiyənin Antalya şəhərində tibb mərkəzində yanğın baş verib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, hadisə Antalyanın Kəmər rayonunda yerləşən tibb mərkəzində qeydə alınıb.
Hadisə yerinə xilasetmə, təcili tibbi yardım və jandarma qrupları göndərilib.
Yanğın yanğınsöndürmə briqadalarının müdaxiləsi ilə söndürülüb.
Hadisə nəticəsində tibb mərkəzinin binasına ziyan dəyib.
Şəbnəm Mehdizadə
