Məzmuna keç

Türkiyədə qar səbəbindən köməksiz vəziyyətdə qalan 33 nəfər xilas edilib

Qarlı hava şəraiti Türkiyənin Antalya şəhərində ciddi fəsadlar törədib.

E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, yolların buz bağlaması nəticəsində onlarla avtomobil yolda qalıb.

Qarlı hava xüsusilə Alanya rayonunda təsirli olub.

Belə ki, rayon mərkəzindən təqribən 60 kilometr aralıda olan bölgəyə çatan bələdiyyə əməkdaşları 21 nəqliyyat vasitəsi ilə 33 nəfərin qar və buz bağlamış yolda qaldığını müəyyən ediblər.

Avtomobilləri xilas edilən şəxslər rayon mərkəzinə qaytarılıb.

Bələdiyyə işçiləri nəqliyyat axınının dayandığı əraziyə gedərək duzlama işləri aparıb.

Şəbnəm Mehdizadə