Türkiyənin Adana şəhərində mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində 9 nəfər yaralanıb.
E-huquq.az Türkiyə mətbuataına istinadən xəbər verir ki, qəza Adananın Yüreğir rayonunda baş verib.
Avtomobildə sıxışmış vəziyyətdə qalan bir nəfər xilasedicilər tərəfindən xilas edilib.
Hadisə yerinə polis və təcili tibbi yardım əməkdaşları cəlb edilib.
Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilib.
Qəza ilə bağlı istintaq başladılıb.
Şəbnəm Mehdizadə
