Məzmuna keç

Gürcüstanın baş naziri istefa verdi

Gürcüstanın baş naziri İrakli Qaribaşvili istefa verib.

E-huquq.az xəbər verir ki, bu barədə Gürcüstan KİV-i məlumat yayıb.

O, bu barədə keçirdiyi brifinqdə məlumat verib. Qərarın səbəbi hələ ki, açıqlanmayıb.

Qeyd edək ki, o, 2013-cü ildən 2015-ci ilə qədər hökumət başçısı vəzifəsini icra edib. Daha sonra İ.Qaribaşvili 2021-ci ildə yenidən baş nazir vəzifəsinə gəlib.

Gürcü KİV-nin yaydığı məlumata görə, bu dəfə İrakli Qaribaşvilini baş nazir postunda hakim partiyanın sədri İrakli Kobaxidze əvəz edəcək.