Türkiyənin İzmir şəhərinin Dikili rayonu sahillərində balıqçı gəmisinin batması nəticəsində 3 nəfər həlak olub.
E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, gəmidə olan 10 nəfərdən 5-i yaralanıb, 2 nəfər isə itkin düşüb.
Dikili Dövlət Xəstəxanasına yerləşdirilən yaralıların həyatı üçün təhlükə olmadığı bildirilib.
Hazırda itkin düşən şəxslərin axtarışları isə davam etdirilir.
Sahil Təhlükəsizlik Komandanlığı 3 qayıq və 1 helikopterlə bölgədə axtarış-xilasetmə işləri aparır.
Gəminin hansı səbəbdən batması məlum deyil.
Şəbnəm Mehdizadə
