Məzmuna keç

Türkiyədə ötən il FETÖ-yə qarşı 6775 əməliyyat keçirilib

2023-cü ildə Türkiyədə FETÖ terror təşkilatına qarşı 6775 əməliyyat keçirilib.

E-huquq.az xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya öz sosial media hesbaında məlumat verib.

Nazir bildirib ki, əməliyyatlar zamanı 9 min 639 şübhəli saxlanılıb, onlardan 1 689-u həbs edilib, 1 677-si məhkəmə nəzarəti ilə şərti azadlığa buraxılıb.

Hesabat dövründə İŞİD terror təşkilatına qarşı isə 1500 əməliyyat keçirilib. Bu əməliyyatlar zamanı 2 800 şübhəli saxlanılıb, onlardan 738-i həbs edilib, 650-si isə şərti azadlığa buraxılıb.

"Əməliyyatları həyata keçirən qəhrəmanlarımızı təbrik edirəm. Millətimizin duaları bizimlədir. Biz millətimizin xidmətindəyik. Ölkəmizin birliyini və həmrəyliyini təhdid edən xainlərin göz açmasına imkan verməyəcəyik. Son terrorçu zərərsizləşdirilənə qədər terrorla mübarizəmiz qətiyyətlə davam edəcək”, – deyə nazir bildirib.

Şəbnəm Mehdizadə