Məzmuna keç

Taylandda 14 yaşlı şagird məktəbin həyətində dəhşətli qətl törədib

Taylandda orta məktəbdə dəhşətli qətl hadisəsi baş verib.

E-huquq.az xarici mətbauta istinadən xəbər ki, Taylandın paytaxtı Banqkokda yerləşəm məktəbin bağçasında 14 yaşlı şagird həmyaşıdını çoxsaylı bıçaq zərbələri ilə öldürüb.

Hadisə yerinə dərhal təcili tibbi yardım əməkdaşları cəlb edilib. Həkimlərin müdaxilələrinə baxmayaraq şagirdin həyatını xilas etmək mümkün olmayıb.

Hadisə şahidlərinin verdiyi ifadələrə görə, hücumdan əvvəl iki şagird arasında heç bir mübahisə və dava olmayıb.

Banqkok valisi Çadçart Sittipunt hücumun baş verdiyi məktəbə baş çəkib, məktəb rəhbərliyi ilə görüşlər keçirib. O, mətbuata açıqlamasında məktəblərdə axtarışların daha ətraflı və tez-tez aparılmalı olduğunu bildirib.

Şəbnəm Mehdizadə