Məzmuna keç

Boşanmaq istəyən cütlüyün ailələri arasında kütləvi dava olub, 5 nəfər yaralanıb

Türkiyəin Şanlıurfa şəhərində boşanmaq ərəfəsində olan cütlüyün yaxınları arasında kütləvi dava olub.

E-huquq.az "TRT Haber”ə istinadən xəbər verir ki, dava zamanı tərəflər biri-birilərinə daş, dəyənək və silahla hücum ediblər. Nəticədə 5 nəfər yaralanıb.

Hadisə yerinə jandarma və təcili tibbi yardım əməkdaşları cəlb edilib. Yaralılar Birecik Dövlət Xəstəxanasına aparılıb.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Şəbnəm Mehdizadə