- 08:27
Türkiyənin Ədirnə şəhərində son 3 gündə xaricə qaçmağa cəhd edən 5 terror təşkilatı üzvü yaxalanıb.
E-huquq.az xəbər verir ki, Jandarma Komandanlığının əməkdaşları tərəfindən aparılan yoxlamalar zamanı Yunanıstana qaçmağa cəhd edən 5 terror təşkilatı üzvü yaxalanıb.
Şübhəlilərdən 4-nün FETÖ, 1-nin isə PKK üzvü olduğu müəyyən edilib.
Araşdırma aparılır.
Şəbnəm Mehdizadə