Ötən il Türkiyədə miqrant qaçaqmalçılığı təşkilatçılarına qarşı keçirilən əməliyyatlarda 10 min 482 şübhəli saxlanılıb.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, bu barədə daxili işlər naziri Əli Yerlikaya məlumat verib.
Nazir bildirib ki, saxlanılan şübhəlilərdən 3 744-ü həbs edilib, 1 479-u məhkəmə nəzarəti ilə şərti azadlığa buraxılıb.
Həmçinin 2023-cü ildə yaşayış icazəsinin müddəti başa çatan (qanunsuz miqranta çevrilmiş) 371 min 433 əcnəbi ölkəni tərk edib.
Bununla yanaşı, hesabat dövründə 223 min 856 qeyri-qanuni miqrantın ölkəyə daxil olmasının qarşısı alınıb.
Əməliyyatlar zamanı ümumilikdə 254 min qeyri-qanuni miqrant tutulub.
Bu müddət ərzində 82 min suriyalı öz ölkəsinə geri qayıdıb.
Şəbnəm Mehdizadə
