ABŞ ordusu Yəmən ərazisinə yeni zərbələr endirib.
E-huquq.az-ın məlumatına görə, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" sosial şəbəkəsində bildirib.
Məlumata əsasən, hücumun hədəfi "Ənsar Allah" hərəkatından husi üsyançılarına məxsus yer-hava raketi olub.
"Yanvarın 31-də Səna vaxtı ilə təxminən saat 15:30-da CENTCOM qüvvələri husilərin atılmağa hazır olan yer-hava raketini vuraraq məhv edib. ABŞ ordusu Yəmənin husilərin nəzarət etdiyi ərazilərdə raket aşkarlayıb və onun Amerika təyyarələri üçün birbaşa təhlükə olduğunu müəyyən edib", – deyə Mərkəzi Komandanlığı qeyd edib.
