Məzmuna keç

Türkiyədə ikimərtəbəli ev uçub, ölənlər və yaralılar var –

Türkiyənin Şanlıurfa şəhərində ikimərtəbəli evin uçması nəticəsində 2 nəfər ölüb, 8 nəfər yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə yerinə Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) və təcili tibbi yardım əməkdaşları, xilasedicilər, jandarma qrupları cəlb edilib.

Yaralılar xəstəxanaya yerləşdirilib.

Şanlıurfa valisi Həsən Şıldak, Bozova rayon valisi Halil İbrahim Yeşilyurt və Halfeti rayon valisi Zikrullah Ərdoğan Halfeti Dövlət Xəstəxanasında müalicə alan yaralıları ziyarət edərək onların vəziyyəti ilə maraqlanıblar.

Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.

Faktla bağlı istintaq davam edir.

Şəbnəm Mehdizadə