Məzmuna keç

Londonda kimyəvi hücum nəticəsində 9 nəfər yaralanıb

İngiltərənin paytaxtı Londonda naməlum şəxsin insanlara zəhərli kimyəvi maddə ilə hücum etməsi nəticəsində 2-si uşaq olmaqla 9 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Londonun cənubunda yerləşən Clafam adlı ərazidə insanların olduğu yerə naməlum şəxs tərəfindən kimyəvi zəhərli maddə atılıb.

Nəticədə 4 qadın, 2uşaq və 3 polis əməkdaşı xəsarət alıb. Zərərçəkmişlər xəstəxanaya yerləşdirilib.

Rəsmilər hadisəni törədən şəxsin tutulması üçün bütün imkanlardan istifadə edildiyini söyləyiblər.

London Şəhər Şurasının üzvü Marina Əhməd "X" sosial media hesabında yazıb ki, bir nəfər yol-nəqliyyat hadisəsi törədən avtomobildə olan insanlara “kislota” atıb.

Şəbnəm Mehdizadə