Məzmuna keç

ABŞ-da hava limanında baş verən faciə nəticəsində 3 nəfər ölüb

ABŞ-ın Aydaho ştatında yerləşən hava limanında tikilməkdə olan anqarın uçması nəticəsində 3 nəfər ölüb, 9 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Boise şəhər rəhbərliyi məlumat yayıb.

Məlumata görə, yaralılardan 5-nin vəziyyəti ağırdır.

Boise Yanğın Departamentinin Əməliyyatlar rəisi Aaron Hummel mətbuat konfransında özəl şirkət tərəfindən tikilməkdə olan polad anqarın faciəvi şəkildə çökdüyünü bildirib.

Səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Şəbnəm Mehdizadə