Məzmuna keç

ABŞ-da qanunsuz miqrantlar sərhədi keçməyə davam edir

ABŞ-ın Texas ştatında yerləşən İql-Pas şəhəri yaxınlığında Meksika ilə sərhəd təşkil edən Rio Qrande çayını keçməyə çalışan 20 qanunsuz miqrant həsb olunub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, miqrantların əksəriyyəti qadınlar və uşaqlar olub.

Xatırladaq ki, Texas qubernatoru Qreq Abbott Bayden administrasiyasını sərhəd təhlükəsizliyi ilə bağlı kifayət qədər tədbir görməməkdə günahlandırıb. Texas Milli Qvardiyası qeyri-qanuni miqrasiya ilə mübarizə üçün bir müddət əvvəl Meksika ilə sərhədə tikanlı məftilli hasar çəkib. Bayden administrasiyası Ali Məhkəməyə şikayət edib, məhkəmə hasarın sökülməsi barədə qərar qəbul edib. Məhkəmə qərarına baxmayaraq, Texas Milli Qvardiyası yanvarın 23-də patrullara öz işini görməsinə icazə verməyib və tikanlı məftillər çəkməyə davam edib.

Şəbnəm Mehdizadə