Türkiyənin Balıkesir şəhərində PKK/KCK silahlı terror təşkilatına qarşı əməliyyat keçirilib.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, əməliyyat zamanı terror təşkilatının Suriyadakı qolu olan PYD/YPG tərkibində fəaliyyət göstərən 6 şəxs saxlanılıb.
Kağız emalı fabrikində işlədikləri müəyyən edilən şübhəlilərin əldə etdiyi məxfi məlumatları təşkilat üzvlərinə ötürdüyü də bəlli olub.
Saxlanılan şəxslərin Suriya əsilli olduğu müəyyən edilib.
Fabrikdə işləyən və qeyri-qanuni yollarla Türkiyəyə daxil olduqları müəyyən edilən 9 Suriya vətəndaşı isə Miqrasiya İdarəsinə təhvil verilib.
Şəbnəm Mehdizadə
