Yaponiyanın Osaka şəhərində təyyarə qəzası baş verib.
E-huquq.az rəsmi "Kyodo" agentliyinə istinadən xəbər verir ki, Yaponiyada All Nippon Airways (ANA) aviaşirkətinə məxsus iki sərnişin təyyarəsi İtami hava limanının uçuş-enmə zolağında toqquşub.
Qəza yerli vaxtla saat 10:10-da baş verib.
Daxili terminalın uçuş-enmə zolağında baş verən qəzada ekipaj üzvləri və sərnişinlərdən heç kim xəsarət almayıb. Təyyarələrə cüzi ziyan dəyib.
Qeyd edək ki, Osaka və Hyoqo əyaləti arasında yerləşən İtami hava limanı köhnə paytaxt Kiotoya ən yaxın hava limanı kimi tanınır.
Şəbnəm Mehdizadə
