Keniyanın paytaxtı Nayrobidə qaz doldurma məntəqəsində güclü partlayış baş verib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 2 nəfər ölüb, 165 nəfər yaralanıb.
Partlayış baş verdikdən sonra məntəqədə yanğın başlayıb.
Yaralıların sayının artacağı istisna edilmir.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə
