- 17:37
Türkiyədə yük və sərnişin gəmiləri toqquşub.
E-huquq.az xəbər verir ki, İstanbul Boğazının "Yenikapı" adlı ərazisində 147 metr uzunluğunda "Kevalay Queen" adlı sərnişin gəmisi ilə 103 metr uzunluğunda "Captain Adama 1" adlı yük gəmisi toqquşub.
Bölgəyə Sahil Təhlükəsizliyi Baş İdarəsinin xilasedici qayığı cəlb yönəldilib.
Toqquşan gəmilər Ahırkapı Ankorajında lövbər salıb.
Qəzada hər iki gəmiyə ziyan dəyib, yoxlamalar zamanı ətraf mühitin çirklənməsi aşkar edilməyib.
Şəbnəm Mehdizadə