Türkiyədə 6 fevral zəlzələlərinin baş verdiyi bölgədə dağılan və ya tikinti normalarına zidd olaraq dəyişdirilən binalarla bağlı aparılan araşdırmalarda 2825 şübhəli haqqında cinayət işi başlanılıb.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyənin ədliyyə naziri Yılmaz Tunç “X” platformasındakı səhifəsində bildirib.
Onun sözlərinə görə, həmin şəxslərdən 267-si barəsində həbs-qətimkan tədbiri seçilib.
“984-nün barəsində isə məhkəmə nəzarəti qərarı çıxarılıb"- deyə o əlavə edib.
