Məzmuna keç

Taylandda otelin eyvanının çökməsi nəticəsində 13 nəfər yaralanıb

Taylandda otelin eyvanının çökməsi nəticəsində 13 nəfər yaralanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Taylandın Çianq May şəhərində bir qrup qadın seminara qatıldıqları otelin eyvanında şəkil çəkdirmək istəyərkən bədbəxt hadisə baş verib.

Polis rəisi Çalit Thipxam verdiyi açıqlamada qəza zamanı 13 qadının yaralandığını bildirib. Onlardan 2-nin vəziyyəti ağırdır.

O bildirib ki, ilkin araşdırmalar zamanı çökən eyvan hissəsinin binanın planına daxil olmadığı və sonradan əlavə edildiyi müəyyən edilib. Bu barədə qanuni tədbirlər görülüb.

Qadınların tibb işçiləri olduğu və seminarda iştirak etmək üçün oteldə qaldıqları qeyd olunub.

Şəbnəm Mehdizadə