Məzmuna keç

Türkiyədə İŞİD-ə qarşı əməliyyat: 2 terrorçu həbs edilib

Türkiyənin Mersin şəhərində İŞİD terror təşkilatına qarşı əməliyyat keçirilib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Milli Kəşfiyyat İdarəsi (MİT) ilə polisin terror təşkilatı üzvlərinə qarşı keçirdiyi əməliyyat zamanı 2 nəfər həbs edilib.

Şübhəlilərin keçmişdə terror təşkilatının tərkibində fəaliyyət göstərdikləri, digər üzvlərə sığınacaq və pul yardımı etdikləri müəyyən edilib.

Şəbnəm Mehdizadə