Türkiyənin Tokat şəhərində torpaq sürüşməsi nəticəsində məscid və 5 ev uçub.
E-huquq.az “TRT Haber”ə istinadən xəbər verir ki, ötən gün baş verən hadisə nəticəsində 39 evə ziyan dəyib.
Ərazidə Jandarma Komandanlığı, Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) və digər qurumlar işlərini davam etdirir.
Təhlükə davam etdiyi üçün bəzi evlərə girişə icazə verilmir.
Şəbnəm Mehdizadə
