Pakistanın Hayber-Paxtunxva əyalətində silahlıların polis məntəqəsinə hücumu nəticəsində 10 polis əməkdaşı həlak olub.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, silahlılar gecə saatlarında Hayber-Paxtunxva əyalətinin Dera İsmayıl Xan bölgəsində polis məntəqəsinə əl qumbaraları və ağır silahlarla hücum edib.
Hücumda 10 polis məmuru həyatını itirib, 6 polis əməkdaşı yaralanıb.
Qaçan silahlıların tapılması üçün əməliyyat başladılıb.
Hələlik heç kim hücuma görə məsuliyyəti üzərinə götürməyib.
Qeyd edək ki, son dövrlərdə Pakistanda, xüsusən də Hayber-Paxtunxva və Bəlucistan əyalətlərində silahlıların hücumları artıb.
Şəbnəm Mehdizadə
