ABŞ-ın Florida ştatında təyyarənin səyyar evə çırpılması nəticəsində baş verən yanğında ölən və yaralıların olduğu müəyyən edilib.
E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-ın Florida ştatının Kliruoter şəhərində tək mühərrikli təyyarə mobil evin üzərinə düşüb.
Qəzadan sonra yanğın baş verib. Əraziyə polis və təcili tibb yardım əməkdaşları cəlb edilib.
Kliruoter Yanğın və Xilasetmə rəhbəri Skott Ehlers bildirib ki, hadisə nəticəsində daha üç evə ziyan dəyib.
"Mən təsdiq edə bilərəm ki, həm təyyarədə, həm də mobil evdə itkilər olub", – deyə S.Ehlers əlavə edib.
Ehlers bildirib ki, pilot qəzadan bir qədər əvvəl hava hərəkəti dispetçerlərinə təyyarədə bəzi problemlər yaşanması barədə məlumat verib. Federal Aviasiya Administrasiyası (FAA) bunu təsdiq edib.
Qəza ilə bağlı araşdırmalar davam edir.
Şəbnəm Mehdizadə
