ABŞ-ın Kaliforniya ştatında sərt hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq edilib.
E-huquq.az BBC-ə istinadən xəbər verir ki, Kaliforniyada fırtına nəticəsində təxminən 500 min insan işıqsız qalıb.
Milli Meteoroloji Xidməti ştat əhalisinin 94 faizinin yaşadığı ərazilərdə daşqınlarla bağlı xəbərdarlıq edib.
Qubernator Gavin Nevsom ştatın mərkəzində və cənubdakı 8 şəhərdə fövqəladə vəziyyət elan edib.
Həmçinin ölkənin yüksək dağlıq ərazilərində güclü qar yağacağı proqnoz edilir.
Şəbnəm Mehdizadə
