Məzmuna keç

Mikroavtobusun aşması nəticəsində 11 polis yaralanıb

Türkiyənin Hatay şəhərində mikroavtobusun aşması nəticəsində 11 polis əməkdaşı yaralanıb.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, polisləri aparan mikroavtobus sürücünün sükan idarəetməsini itirməsi nəticəsində baryerlərə çırpılaraq aşıb.

Hadisə yerinə gələn təcili tibbi yardım qrupları yaralı polisləri xəstəxanalara aparıb.

Hatay Polis İdarəsindən verilən açıqlamada polis məmurlarının səhhətinin yaxşı olduğu bildirilib.

Şəbnəm Mehdizadə