Meksikanın Qerrero və Sonora ştatlarında baş verən silahlı hücumlarda 9 nəfər həyatını itirib.
E-huquq.az Meksika mətbuatına istinadən xəbər verir ki, Çilpansinqo şəhərində mikroavtobusa edilən hücumda 5 nəfər həlak olub.
Sonora əyalətinin Kaborka qəsəbəsində isə 4 kənd təsərrüfatı işçisi həlak olub.
Hücumlar zamanı 7 nəfər xəsarət alıb.
Hadisə yerinə çoxlu polis əməkdaşları göndərilib.
Təhlükəsizlik qüvvələri hücumu həyata keçirən şəxslərin tutulması üçün genişmiqyaslı əməliyyata başlayıb.
Hücumlarla bağlı istintaq aparılır.
Şəbnəm Mehdizadə
