Məzmuna keç

İstanbulda İŞİD-ə qarşı əməliyyat zamanı 15 nəfər saxlanılıb

Türkiyənin İstanbul şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən əməliyyat zamanı 15 nəfər saxlanılıb.

E-huquq.az “TRT haber”ə istinadən xəbər verir ki, İstanbul Şəhər Prokurorluğunun apardığı istintaq çərçivəsində terror təşkilatını maliyyələşdirdiyi hesab edilən 24 şübhəlinin şəxsiyyəti müəyyən edilib.

Prokurorluq həmin şəxslərin tutulması barəsində qərar çıxarıb.

Polis aralarında Rusiya, Özbəkistan, Azərbaycan və Sudan vətəndaşlarının da olduğu şübhəlilərin yaxalanması üçün göstərilən ünvanlarda əməliyyat keçirib.

Əməliyyat zamanı 15 şübhəli saxlanılıb.

Digər 9 şübhəlinin tutulması üçün axtarış işləri davam edir.

Şəbnəm Mehdizadə