Məzmuna keç

Ararat Mirzoyan Niderlanda səfər edəcək

Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Niderlanda səfər edəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, XİN rəhbəri Mirzoyanın bu gündən Niderlanda işgüzar səfəri başlayır. Fevralın 9-dək davam edəcək səfər çərçivəsində Ararat Mirzoyanın Niderlandın icra və qanunverici orqanlarının rəsmiləri və Beynəlxalq Cinayət Məhkəməsinin rəsmiləri ilə görüşləri nəzərdə tutulub.