Haitidə keçirilən aksiyalarda 6 nəfər ölüb, onlarla insan yaralanıb.
E-huquq.az yerli mətbuata istinadən xəbər verir ki, ölkə daxilində meydanlara çıxan minlərlə insan baş nazir Ariel Henrinin təhlükəsizliyi təmin edə bilmədiyi və iqtisadi böhrana çarə tapa bilmədiyi səbəbiylə istefasını tələb edib.
Hadisələr zamanı 6 nəfər güllələnərək öldürülüb, onlarla insan yaralanıb.
Təhlükəsizlik qüvvələrinin nəzarəti itirdiyi və dəstələrin içəri girdiyi iddia edilir. Mağazalar, evlər və nəqliyyat vasitələri yandırıldığı üçün insanların evlərinə qapanıb.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Haiti İnteqrasiya Ofisinin 2 Fevralda hazırladığı hesabatda 2023-cü ilin son 3 ayında Haitidə 2300-dən çox adamın öldürüldüyü, yaralandığı və ya qaçırıldığı bildirilib.
Şəbnəm Mehdizadə
