Məzmuna keç

Rusiyada güclü partlayış olub, 6 nəfər yaralanıb

Rusiyada qaz kəmərində güclü partlayış baş verib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, Perm vilayətində qaz kəmərində baş verən partlayış nəticəsində yanğın başlayıb.

Kəmərdən çıxan alov yaxınlıqdakı kənddəki evlərə də keçib. Yanğın nəticəsində 2-si uşaq olmaqla, ümumilikdə 6 nəfər xəsarət alıb.

Partlayışdan sonra kənd boşaldılıb və yanğın nəzarətə götürülüb.

Perm qubernatorluğu partlayışla bağlı istintaq başladıldığını açıqlayıb.

Şəbnəm Mehdizadə